reklam
Murad Musayev ən yaxşı məşqçi seçildi
Sportfm.az xəbər saytı

Murad Musayev ən yaxşı məşqçi seçildi


"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında növbəti mükafatı qazanıb.

Sportfm.az xəbər verir ki, o, ardıcıl ikinci aydır ki, bütün həmkarlarını qabaqlayaraq ayın ən yaxşı məşqçisi seçilib.

Murad Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (SSKA) və Dmitri Pyatibratovu ("Fakel") üstələyib.

"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Komanda "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasında liderdir.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevral ayınadək "Sabah"ı çalışdırıb.

Oxşar xəbərlər

Musayevin komandası çempion oldu
Murad bu klubun tarixinə düşdü - UĞUR
Murad Musayev "Krasnodar"la yeni müqavilə imzaladı
Rusiya klubu Murad Musayevi geri istəyir - İddia
Eyni gündə iki baş məşqçi istefası - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər