reklam
Əfsanələr Kuboku
Sportfm.az xəbər saytı

Əfsanələr Kuboku"nda hərəyə 1 qol -FOTO


Milli Gimnastika Arenasında "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Əfsanələr Kuboku" matçı başa çatıb.

Sportfm.az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

31-ci dəqiqədə Əfran İsmayılov "Premyer Liqa məşqçiləri"ni hesabda önə çıxarsa da, 46-cı dəqiqədə Rəşad Sadıqov bərabərlik qolunu vurub.

Qeyd edək ki, baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında “Neftçi 2000-lər”in heyətində Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Samir Aləkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev yer alıb.

“Premyer-liqa” məşqçiləri komandası isə Kurban Berdıyevə həvalə olunub. Heyətdə Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Qurban Qurbanov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov kimi veteran futbolçular meydana çıxıblar.

Oxşar xəbərlər

“Neftçi”də yeni məşqçilər - Təyinat
Rəşad Sadıqov "Neftçi"nin rəmzi heyətini açıqladı - SİYAHI
Mahmud Qurbanovun başçılıq etdiyi siyahı
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU
Yeni lider "Qarabağ"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər