reklam
Rusiya klubunun oyunçusu Belarus ordusuna çağırıldı
Sportfm.az xəbər saytı

Rusiya klubunun oyunçusu Belarus ordusuna çağırıldı


Rusiyanın “Dinamo Mahaçqala ” komandasının futbolçusu Kirill Zinoviç Belarus ordusuna hərbi xidmətə çağırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Hacı Hacıyev bildirib.

“Zinoviç doğrudan da hərbi xidmətə çağırılıb. Artıq and içib. Hazırda Zinoviç bizimlədir.

Kirill Belarus milli komandasının üzvüdür, buna görə də idman bölüyündə xidmət edir. İndi müzakirələr gedir: bundan sonra nə olacaq, necə olacaq, hələlik bunu bilmirik. Mövsümün sonuna qədər Zinoviç komandanın sərəncamında olacaq, sonra isə Belarusa yollanacaq. Orada danışıqlar aparılacaq”- deyə, Hacıyev əlavə edib.

Qeyd edək ki, cari mövsüm 22 yaşlı yarımmüdafiəçi “Dinamo” komandasında 31 oyun keçirib və 1 qol vurub.

Oxşar xəbərlər

Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
“Zirə”nin futbolçusu Niger millisinə çağırıldı
Federasiyanın mətbuat katibi orduya çağırıldı
Şeydayevli "Dinamo"nun baş məşqçisi bəlli oldu
Ramil Quliyev türk ordusuna qoşuldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər