reklam
Azərbaycan güləşçiləri üçün seminar keçirildi -
Sportfm.az xəbər saytı

Azərbaycan güləşçiləri üçün seminar keçirildi -VİDEO


Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminar keçirib.

Sportfm.az xəbər verir ki, “böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda gerçəkləşən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb.

Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Seminarın son mərhələsində güləşçilərlə mövzu ilə əlaqədar praktiki iş aparılıb.

AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.

Oxşar xəbərlər

AMADA gənc güləşçilər üçün seminar keçirdi
AGF güləşçilər üçün seminar keçirdi
AFFA-da seminar keçirildi - FOTO
AMADA Paris-2024-ə lisenziya qazanan güləşçilər üçün seminar təşkil etdi
“Turan Tovuz”da seminar keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər