Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AMADA gənc güləşçilər üçün seminar keçirdi
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yunan-Roma və sərbəst güləş üzrə milli komandaların gənc üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirib.
Sportfm.az xəbər verir ki, idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.

Oxşar xəbərlər
AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçdi
AMADA qadın boksçular üçün seminar təşkil ettdi
AMADA qadın voleybolçular üçün seminar təşkil etdi
AMADA Paris-2024-ə lisenziya qazanan güləşçilər üçün seminar təşkil etdi
AMADA “Araz-Naxçıvan” üçün maarifləndirmə seminarı keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası