reklam
AFFA-da seminar keçirildi -
Sportfm.az xəbər saytı

AFFA-da seminar keçirildi -FOTO


Bu gün AFFA-nın inzibati binasında Maliyyə və Mühasibatlıq Departamenti tərəfindən 1-ci Liqa və 2-ci Liqada çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Sportfm.az xəbər verir ki, seminarda AFFA tərəfindən ayrılan vəsaitin şəffaf xərclənməsi, kənarlaşmalara yol verilməməsi və hesabatların vaxtında təqdim olunması mövzusunda müzakirələr aparılıb.

Həmçinin, seminarda maliyyə vəsaitinin xərclənməsinə dair tələb olunan aylıq maliyyə hesabatlarının nümunələri klub nümayəndələrinə təqdim edilib. Tədbirin sonunda klub nümayəndələri ilə Maliyyə və Mühasibatlıq Departamentinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Oxşar xəbərlər

AFFA "pul sayanları" toplantıya yığdı
Hakimlər üçün seminar keçirildi
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
AFFA-da seminar keçirildi
AFFA-da Fair Play qaydaları müzakirə olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər