reklam
Yarımfinalın hakimləri açıqlandı -
Sportfm.az xəbər saytı

Yarımfinalın hakimləri açıqlandı -Çempionlar Liqası


Çempionlar Liqasının yarımfinalının ilk oyunlarının hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, "Arsenal"(İngiltərə) - PSJ (Fransa) matçını sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik, Andraz Kovaçiç, Matey Yuq köməklik edəcək.

Alen Boroşak (Sloveniya) VAR, Dennis Hiqler (Niderland) isə AVAR hakimi olacaq.

“Barselona” (İspaniya) – “İnter” (İtaliya) görüşünü isə Fransa Futbol Federasiyasının hakimi Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. Villi Delajod və Françis Letexyer oyunda VAR-a cavabdeh olacaqlar.

Qeyd edək ki, "Arsenal" - PSJ matçı aprelin 29-da, "Barselona" - İnter" oyunu isə aprelin 30-da keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

1/4 finalın cavab oyunlarının hakimləri açıqlandı - Çempionlar Liqası
"Tottenhem" - "Qarabağ" oyununun hakimləri - Avropa Liqası
Niderland - İngiltərə oyunu üçün hakim təyinatları
İspaniya - Fransa oyununa hakim təyinatları - AVRO-2024
"Bayer" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər