Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bayer" - "Qarabağ" oyununun hakimləri açıqlandı
Avropa Liqasının 1/8 finalında keçiriləcək "Bayer" - "Qarabağ" cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Entoni Teylor idarə edəcək. Ona həmyerliləri Qari Besuik və Adam Nann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.
Qeyd edək ki, martın 14-ü keçiriləcək "Bayer" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər
Niderland - İngiltərə oyunu üçün hakim təyinatları
"Bayer" - "Qarabağ" - Avropa Liqası
"Molde" - "Qarabağ" oyununa hakim təyinatları - Avropa Liqası
“Qarabağ”ın Almaniyadakı matçının hakimləri açıqlanıb
Fransalı hakimlər HİK - "Qarabağ" oyununda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası