Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AVİF jurnalistə velosiped hədiyyə etdi - FOTO
Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümündə həsr edilən turnir keçirib.
Sportfm.az saytı xəbər verir ki, əvvəlcə media nümayəndələri İsmayıllı rayonunda yerləşən "İsma Bikes" velosiped zavodu ilə yaxından tanış olublar. Sonra mətbuat nümayəndələri arasında 1.5 km məsafəyə ilk etap yarışlarına start verilib. Final mərhələsinə adını yazdıran 10 nəfər media işçisi arasında yaxşı nəticə göstərən 5 nəfər fəxri kürsünün ən yüksək pilləsinə çıxmaq uğrunda mübarizə aparıb. AVİF tərəfindən qalibə "İsma Bikes" zavodunun istehsalı olan velosiped hədiyyə edilib. Həmçinin, ilk beşlikdə yer alan mətbuat nümayəndələrinə qiymətli hədiyyələr və diplomlar verilib.
Qeyd edək ki, turnirdə iştirak edən Sportfm.az saytının əməkdaşı 4-cü yeri tutaraq mükafata layiq görülüb.

Oxşar xəbərlər
İsmayıllıda federasiyanın filialı açıldı - FOTO
Velosipedçilərimiz karantində ilk yarışını keçirdi
Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi - FOTO
Velosiped brendinin ilk sərgi-satış mərkəzi istifadəyə verildi
Hemofiliya pasientləri Respublika Velotrekində qonaq oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası