reklam
Hemofiliya pasientləri Respublika Velotrekində qonaq oldular
Sportfm.az xəbər saytı

Hemofiliya pasientləri Respublika Velotrekində qonaq oldular


Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub. Sportfm.az xəbər verir ki, qonaqlara Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.
 
Komplekslə tanışlıqdan sonra tədbir dəyirmi masa ətrafında davam edib. "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasientlər arasında ilk ümumrespublika yarışının keçirlməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Tədbirin sonunda hemofiliyalı pasientlərin ailə üzvüləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Oxşar xəbərlər

Velosiped Federasiyasının loqosu dəyişdirildi - FOTO
İdman naziri Velotrekə gəldi - Tanışlıq
Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi - FOTO
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Azər Əliyev Respublika Veloktrekini ziyarət etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər