reklam
Boksçularımız Dağıstanda 3 medal qazandı
Sportfm.az xəbər saytı

Boksçularımız Dağıstanda 3 medal qazandı


Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

Sportfm.az xəbər verir ki, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Oxşar xəbərlər

Azərbaycan boksçuları beynəlxalq turniri 2 medalla başa vurdu
Azərbaycan taekvondoçuları 4 medal qazandı - Beynəlxalq turnir
Qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar
Taekvandoçumuz qızıl medal qazandı
"Qəbələ" boksçularından 8 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər