reklam
Azərbaycan taekvondoçuları 4 medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçuları 4 medal qazandı -Beynəlxalq turnir


Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turniri 4 medalla başa vurub.
Sportfm.az xəbər verir ki, G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani həlledici görüşdə uduzaraq ikinci yeri tutub.

Yığmanın digər üzvləri – kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar.

Qeyd edək ki, Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub.

Oxşar xəbərlər

Gənc güləşçilərimiz Gürcüstandan 7 medalla qayıtdı
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
2024-ün ilk beynəlxalq yarışında hansı idmançılarımız olacaq?
Taekvondoçularımız Qətərdə 5 medal qazandı
Taekvondoçularımız beynəlxalq turnirə qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər