Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Taekvandoçumuz qızıl medal qazandı
Antalyada taekvondo üzrə G2 kateqoriyalı "Turkish Open” beynəlxalq turniri davam edir.
Sportfm.az xəbər verir ki, Türkiyədə təşkil edilən turnirdə uğurlu çıxış edən milli komandamız, üçüncü yarış günündə də medalsız qalmadı. G2 kateqoriyalı "Turkish Open” beynəlxalq turnirinə qatılan millinin üzvü qızıl medala sahib olub.
Belə ki, 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Sina Bahrami fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azəri T.K-nu təmsil edən Mikayıl Əliyev (-54 kq) isə yarımfinal döyüşündə məğlubiyyətlə üzləşərək yarışı bürünc medalla başa vurub.
Turnirdə təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc, ümumilikdə 9 medal qazanmışlar. Bu gün yarışa yekun vurulacaq.
Oxşar xəbərlər
Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır
Yığmamız "Turkish Open"də 6 medal qazandı
Yeniyetmə güləşçilərimizdən 11 medal
Tağızadə Hollandiyada fərqləndi
Taekvondoçularımız Xorvatiyada birinci oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası