Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəranda “Qızlar Futzal Kuboku” keçirildi
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəranda 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.
Sportfm.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.
Qruplarda ilk iki yeri tutan komandalar pley-offda üz-üzə gəliblər. 2 saylı tam orta məktəb turnirin qalibi olub. Sonrakı iki yeri müvafiq olaraq 7 və 4 saylı tam orta məktəblər tutub.
Turnirin qalibi olan məktəbin şagirdi Mədinə Hüseynova 3 qolla ən məhsuldar oyunçu olub. 4 saylı tam orta məktəbin şagirdi Nəzrin Kazımzadə ən yaxşı oyunçu, eyni məktəbdən Rüqayyə İsayeva isə ən yaxşı qapıçı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib kollektiv isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və U-15 (qızlar) yığmasının baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.
Layihənin əsas məqsədi gələcəkdə AFFA U-15 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.

Oxşar xəbərlər
“Qızlar futzal kuboku” turniri keçiriləcək
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Tülü kəndinin komandası birinci oldu
Qızlar futzal oynadı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
"Neftçi" "Qarabağ"a qarşı - Premyer Liqa
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı

Misli Premyer Liqası