Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qızlar futzal oynadı -FOTOLAR
Quba Olimpiya İdman Kompleksində UEFA-nın və AFFA-nın dəstəyi ilə 13 yaşadək məktəbli qızlar arasında "Qızlar futzal kuboku" turniri keçirilib.
Sportfm.az xəbər verir ki, 12 məktəb komandasının iştirak etdiyi yarışın qalibi Dağlı kənd orta məktəbin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Qırmızı qəsəbə 1 saylı orta məktəbin və Qaraçay kənd orta məktəbin komandaları tutub. Turnirdə ümumilikdə 103 məktəbli qız futzalçı yeni qeydiyyatdan keçib. Sonda hər üç komandaya diplomlar, medallar və kubok verilib. Qırmızı qəsəbə 1 saylı orta məktəbin şagirdi Ayşən Mirzəməmmədova turnirin ən yaxşı oyunçusu seçilib. AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunublar.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə qızlar arasında futzal liqasını təşkil etmək, həmçinin milli komandanı yaratmaqdır. Növbəti aylarda layihə daha 6 regionda reallaşdırılacaq.



Oxşar xəbərlər
Qusarda futzal turniri keçiriləcək - Qızlar arasında
“Qızlar futzal kuboku” turniri keçiriləcək
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Tülü kəndinin komandası birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası