Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Fevralın 21-də və 22-də Lənkəranda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaqlar. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir və Balakəndə təşkil olunub.
Oxşar xəbərlər
“Qızlar futzal kuboku” turniri keçiriləcək
“Qızlar Futzal Kuboku” bu dəfə Qaxda
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Tülü kəndinin komandası birinci oldu
Balakəndə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası
-
Futbolçularımız Litvada şəhidlərin xatirəsini yad etdi - FOTO













Misli Premyer Liqası