reklam
Milli komandamızı ziyarət etdilər -
Sportfm.az xəbər saytı

Milli komandamızı ziyarət etdilər -FOTO


AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.

Sportfm.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar. Ayxan Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

Qeyd edək ki, U-21 millimiz martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində komandamız martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusu milli komandamıza dəvət edildi
Ayxan Abbasov yığmaya bu futbolçuları dəvət etdi - SİYAHI
Millimiz Antalyada təlim-məşq toplanışı keçəcək
Azərbaycan yığması Skopyeyə gedəcək - Yoxlama oyunları üçün
"Neftçi"nin futbolçuları U-21 milli komandasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər