reklam
Sportfm.az xəbər saytı

"AFFA rəhbərliyinə təşəkkür edirəm" -Ayxan Abbasov


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında təyinatı ilə bağlı təəssüratlarını bildirib.

Sportfm.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əsas məqsədinin gənc oyunçuların üzə çıxması olduğunu deyib:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Oxşar xəbərlər

Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
Milli komandamızda yeni məşqçi - Təyinat
Ayxan Abbasova 1 illik etibar etdilər
Robert Prosineçki:"Bu, mənim üçün böyük şərəfdir"
“Azərbaycana mütləq qayıdacağam” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər