reklam
Milli komandamızda yeni məşqçi -
Sportfm.az xəbər saytı

Milli komandamızda yeni məşqçi -Təyinat


Rəşad Eyyubov Azərbaycan milli komandasının məşqçisi təyin olunub.

O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq.

Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, R.Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

"Qəbələ"də yeni məşqçi - Təyinat
“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
“Qəbələ”də türkiyəli məşqçi
Sabiq “Xəzər Lənkəran”lı paytaxt klubuna baş məşqçi təyin olundu - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər