Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA "Turan Tovuz"a xəbərdarlıq etdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda "Turan Tovuz" klubunun ötən gün yaydığı etiraz bəyanatı ilə bağlı qərar qəbul edilib.
PFL-in yaydığı məlumatda bildirilib: “Turan Tovuz” AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə kluba xəbərdarlıq edilməsinə qərar verilib".
Qeyd edək ki, "Turan Tovuz" ötən gün Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Şamaxı" ilə qarşılaşıb. Görüşdən əvvəl klub oyunun "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanmamasına və oyunda VAR hakiminin olmamasına görə etiraz bəyanatı yayıb. Bölgə təmsilçisi oyunun təxirə salınmasını istəyib və matçın şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğunu qeyd edib. AFFA və PFL isə "Turan Tovuz"a cavab olaraq bəyanatlar yayıblar.
Şamaxı şəhər stadionunun meydanının təmizlənmiş və oyuna hazır vəziyyətdə olduğuna görə görüş təxirə salınmayıb. Matçda "Turan Tovuz" 0:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
AFFA "Turan"a hədə-qorxu gəlir - Federasiyadan qeyri-peşəkar addım
AFFA klubları cərimələdi - QƏRAR
"Turan Tovuz" və "Kəpəz" cərimələndi - QƏRAR
“Turan Tovuz”a xəbərdarlıq edildi
AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası