reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" və "Kəpəz" cərimələndi -QƏRAR


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsindəki qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib.

Eyni oyunda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.

“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimə edilib.

Oxşar xəbərlər

"Neftçi" və "Qarabağ" cərimələndi - Qərar
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
İntizam Komitəsindən ilin son qərarları
Premyer Liqa klubları cərimələndi - Qərar
"Sabah" və "Neftçi"yə xəbərdarlıq edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər