reklam
“Turan Tovuz”a xəbərdarlıq edildi
Sportfm.az xəbər saytı

“Turan Tovuz”a xəbərdarlıq edildi


AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.
Sportfm.az bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Tovuz klubunun azarkeşlərinin Premyer Liqanın 15-ci turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib.

15-ci turun “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.

“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

Oxşar xəbərlər

AFFA Naxçıvan klubunu cərimələdi
AFFA "Zirə"yə xəbərdarlıq etdi
Samir Abasov xəbərdarlıqlara doymur
“Kəpəz”ə xəbərdarlıq edildi - Qərar
"Sabah" və "Neftçi"yə xəbərdarlıq edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər