reklam
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi


Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).

İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.

Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.

Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.

Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Azərbaycanın ümidi onlaradı
Azərbaycan çempionatında finalçı müəyyənləşdi
Dünya Kubokunun qalibi tay-brekdə bilinəcək
Şahmatçılarımız tay-brekdə mübarizə aparacaq - Dünya kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər