reklam
Finallarda inanılmaz duellər -
Sportfm.az xəbər saytı

Finallarda inanılmaz duellər -Azərbaycan çempionatı


Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.

Rekord.az xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıb.

Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub - 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib - 1,5:0,5.

Beləliklə, sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

“Landmark” Biznes Mərkəzində keçirilən oyunlar saat 15:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Məmmədyarovla Rəcəbov ilk oyunda qələbə qazan
2024-cü ilin son reytinqləri açıqlandı
Azərbaycanın ümidi onlaradı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər