reklam
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi -
Sportfm.az xəbər saytı

Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi -EKSKLÜZİV


AFFA aşağı yaş qrupları üzrə yığma komandalarımıza baş məşqçi axtarışlarını davam etdirir.

Saytımıza daxil olan informasiyaya görə, qurum rəsmiləri bu dəfə danışıqlar üçün Zaur Həşimovu dəvət ediblər.

Hazırda “Zirə”nin Futbol Akademiyasının rəhbəri kimi çalışan Zaur Həşimova gənclər yığmasını çalışdırmaq təklif edilib.

PRO kateqoriyalı məşqçi düşünmək üçün vaxt istəyib.

Təbii ki, onun düşünməsi üçün vaxt istəməsi əbəs yerə deyil. Əvvəla, adam "Zirə"də normal maaş alır və hər kəs onun işindən razıdı. İkincisi, indiki dövrdə "çökmüş" milliyə gəlib, adam özünü niyə yandırsınki? Üçüncüsü isə əcnəbilərə kisənin ağzını açan AFFA yerli məşqçilərə gələndə pula qıymır. Ona görə də, düşünməyə dəyər...

Oxşar xəbərlər

AFFA-da mübahisə düşdü, Sərxan Hacıyev deyən oldu - EKSKLÜZİV
AFFA onu baş məşqçi etmək istəyir - EKSKLÜZİV
AFFA-da UEFA B kateqoriyalı kursunun II mərhələsi keçirildi
1 il yenə vaxt istədi
“O, pula görə səviyyəsi aşağı olan Azərbaycan çempionatını seçdi” - Klub prezidenti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər