reklam
Yığmalarla bağlı qərarsızlıq davam edir - Kimlər gələcək?
Sportfm.az xəbər saytı

Yığmalarla bağlı qərarsızlıq davam edir - Kimlər gələcək?


Futbol üzrə Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarını kimlərin çalışdıracağı məsələsi açıq qalır.

AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra hansısa qərar çıxacağı gözlənilsə də, bu baş tutmadı. Yəni təyinatlarla bağlı qərarsızlıq davam edir.

Əslində, 21 yaşlıları çıxmaq şərtilə digər yığmaların nəticələrini qənaətbəxş hesab etmək olar. Çünki həmin yığmalar formalaşma ərəfəsindədi və əsas məqsədləri gənclər yığmasına futbolçu hazırlamaqdı.

Belə olan təqdirdə, bundan əvvəlki dönəmdə ağaşı yaş qrupları yığma komandalarda yetərincə uğurla çalışmış Aqil Nəbiyevin yenidən görəv alması məqsədəuyğundu.

İstər seleksiya baxımından, istərsə də, nəticə baxımından yığmalarda uğurlu çalışması ilə tanınan mütəxəssisə hansısa yaş qrupu üzrə yığmanın həvalə edilməsi faydalı olardı.

Nəbiyev yeni istedadları kəşf edərək, ölkə futboluna qazandırmağı da bacarır.

Ümumiyyətlə, aşağı yaş qruplarında əcnəbi məşqçilərin olması effekt vermir, bunu artıq praktikada görmüşük. Ona görə də, Aqil Nəbiyev kimi məşqçilərdən möhkəm yapışmaq, onları qazanmaq lazımdı.

Araz Əhmədov

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA milli komandaların məşqçiləri ilə yeni sözləşmə imzaladı
İcraiyyə Komitəsinin bugünkü qərarları
Hər şey aşağılardan başlayır və ya Qurban Qurbanovun "ölümcül səhvi" - QEYD
Yığmanın məşqçiləri istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər