reklam
Güləşçilərimiz ilk gündə 5 medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz ilk gündə 5 medal qazandı -“Zaqreb Open”


Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz Minskdə 8 medal qazandı
Medved turnirində 8 medal
Azərbaycan cüdoçularından ilk gündə 10 medal - Göygoldəki Avropa Kuboku
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Zaqrebdə güləşçilərimiz mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər