reklam
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu -
Sportfm.az xəbər saytı

Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu -UĞUR


Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.

1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3️-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Xatırladaq ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Güləş yığmalarımızın Avropa çempionatı üçün yekun heyətləri - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər