reklam
Zaqrebdə güləşçilərimiz mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Zaqrebdə güləşçilərimiz mübarizəyə başlayır


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın üç güləşçisi xalça üzərinə çıxacaq.

Kişilər arasında Vaxit Qalayev (125 kiloqram) misirli Diaeldin Abdelmottalib ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvilinin rəqibi hələlik dəqiqləşməyib.

Qadınların mübarizəsində isə Gültəkin Şirinova (55 kiloqram) ukraynalı Mariya Vinniklə üz-üzə gələcək.

Turnirin ilk günündə Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
Güləşçilərimiz mübarizəyə başlayır
2024-ün ilk beynəlxalq yarışında hansı idmançılarımız olacaq?
Bu gün 7 cüdoçumuz mübarizəyə qoşulur - Avropa çempionatı
Dörd cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər