Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İlk dəfə ölkə çempionatı keçirildi, "dəmiryolçular" qalib oldu -FOTO
Qar voleybolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ikinci günündə baş tutan son turların qarşılaşmalarından sonra mükafatlar uğrunda yarışacaq komandalar bəlli olub.
Qadınların yarışında üçüncülük üçün “Gəncə” klubu U-21 komandasını 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Final görüşü isə “AZERRAIL” və “Murov Az Terminal” komandaları arasında baş tutub. Həlledici matçda 2:0 hesabı ilə qalib gələn “AZERRAIL” ilk Azərbaycan çempionu adını qazanıb.
Kişilərin mübarizəsində isə bürünc medalı “Gənclər” komandasını 2:0 hesabı ilə məğlub edən U-21 kollektivi qazanıb. Finalda isə AZERRAIL” və “Murov Az Terminal” komandaları qarşılaşıblar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “AZERRAIL” Azərbaycan çempionatının qalibi olub.
Final oyunlarından sonra qalib komandaların mükafatlandırma mərasimi olub. Qalib komandalara kubok və medallar təqdim olunub.
Qar voleybolu üzrə ölkə çempionatı
Qadınlar
3-cü yer
“Gəncə” - U-21 2:0 (15:9, 15:11)
Final
“AZERRAIL” - “Murov Az Terminal” 2:0 (15:10, 15:8)
Kişilər
3-cü yer
U-21 - “Gənclər”2:0 (15:5, 9:15)
Final
“AZERRAIL” - “Murov Az Terminal” 2:0 (15:8, 15:12)

Oxşar xəbərlər
“Azərreyl” ölkə çempionu oldu
12-ci turun oyun cədvəli açıqlandı
UNEC öz zalında məğlub oldu
“Azərreyl” lider kimi davam edəcək
“Murov”la və “Azərreyl” qələbə ilə başladı - Azərbaycan çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası