reklam
UNEC öz zalında məğlub oldu
Sportfm.az xəbər saytı

UNEC öz zalında məğlub oldu


Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportfm.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan matç “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, 10-cu turun və II dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “AZERRAIL” klubları arasında olacaq.

Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “AZERRAIL” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa (qadınlar)
23 yanvar
“Murov Az Terminal” - “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” - UNEC 3:0 (25:20, 25:7, 25:10)

Oxşar xəbərlər

“Gəncə” və “Azərreyl”dən qələbə
Favoritlər qalib gəldi - Azərbaycan çempionatı
Vüqar Əliyevin yetirmələri qələbə qazandı
Çempionatda ilin son oyunları keçirildi
“Azərreyl” rəhm etmədi - növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər