reklam
“Murov”la və “Azərreyl” qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

“Murov”la və “Azərreyl” qələbə ilə başladı -Azərbaycan çempionatı


Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.
Sportfm.az xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçısı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər.

Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.

Günün digər qarşılaşması “Azərreyl” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “Azərreyl” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.

Yüksək Liqa
1-ci tur
16 noyabr

“Neftçi” – “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)

“Azərreyl” – MOİK 3:0 (25:15, 25:15, 25:16)

Oxşar xəbərlər

“Azərreyl” ölkə çempionu oldu
“Gəncə” və “Azərreyl”dən qələbə
“Neftçi” uduzdu, “Xarı Bülbül” qalib gəldi
“Azərreyl” rəhm etmədi - növbəti qələbə
"Azərreyl" "Murov"u "fəth etdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər