reklam
“Qızıl top”un sahibi dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

“Qızıl top”un sahibi dünyasını dəyişdi -84 yaşında


İngiltərənin “Mançester Yunayted” komandasının və Şotlandiya millisinin keçmiş futbolçusu Denis Lou 84 yaşında vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə onun ailəsi bildirib.
Qeyd edək ki, Lou karyerasına 15 yaşında Şotlandiyanın “Aberdin” klubunda başlasa da, əsl uğur ona 1962-ci ildə ”Mançester Yunayted”lə müqavilə imzalayanda gəlmişdi. O, “qırmızı şeytanlar”ın heyətində 11 il top qovmuş və öz dövrünün ən parlaq oyunçularından birinə çevrilmişdi. Bu müddət ərzində Lou üç dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu qazanmış və 1968-ci ildə qitənin ən mühüm futbol mükafatı olan Avropa Çempionlar Kubokunu qazanmışdı. “Mançester Yunayted” üçün 404 oyunda vurduğu 237 qol klubun tarixində ən yaxşı nəticələr sırasındadır.

1964-cü ildə Lou Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl Top”a layiq görülmüşdü. Onun oyunu inanılmaz texnika, zəka və müqayisəolunmaz qol vurmaq instinktini özündə birləşdirirdi.

Karyerasını başa vurduqdan sonra Lou, son illərdə üzləşdiyi Altshaymer xəstəliyinə baxmayaraq, klubun və ictimai futbol dünyasının həyatında iştirak etməyə davam etmişdi.

Oxşar xəbərlər

Dünyanın ən yaşlı oyunçusu dünyasını dəyişdi
“Qızıl buts” mükafatı qazanmış italiyalı vəfat etdi
Qvardiola yeni mövsümün ilk kubokunu başı üzərinə qaldırdı - FOTO
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Pol Poqba rəsmən "Mançester Yunayted"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər