Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Pol Poqba rəsmən "Mançester Yunayted"də
"Yuventus"un futbolçusu Pol Poqbanın "Mançester Yunayted"ə keçidi rəsmiləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı P.Poqbanın yeni klubunda həftəyə 220 min funt sterlinq qazanacağını yazıb. "Yuventus"un rəsmi saytının yaydığı məlumata görə, "MY" bu transfer üçün iki il ərzində ümumilikdə 105 milyon avro ödəyəcək. İngiltərə klubu bu məbləğin 72.6 milyonun bu il, qalanın isə gələn il verəcək. Beləliklə, bu, dünya futbolunun ən bahalı transferi olub. Bundan əvvəlki rekord 2013-cü ildə "Tottenhem"dən "Real"a 100 milyon avroya transfer edilən Qaret Beylə məxsus idi. Qeyd edək ki, tərəflər arasındakı anlaşmaya əsasən, əgər 5 ildən sonra Poqba yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, "MY" "Yuventus"a daha 5 milyon avro qazanacaq.
Xatırladaq ki, P.Poqba 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olunmuşdu.
Oxşar xəbərlər
Bu menecer Ronaldodan da çox qazanır
İngiltərə Premyer Liqasında yeni rekord
Futbol tarixinin 10 ən bahalı transferi
“Yuventus” Poqbanı 101 milyon avroya satmadı
Pol Poqbanın yeni klubu müəyyən olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası