reklam
Vüqar Həşimovun atası dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Vüqar Həşimovun atası dünyasını dəyişdi


Azərbaycan tanınmış mərhum şahmatçsı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə Həşimovlar ailəsinin yaxını, tanınmış idman telejurnalisti Sənan Şəfizadə sosial media hesabında məlumat paylaşıb.

Qasım Həşimov bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Q.Həşimov oğlunun vəfatından sonra onun xatirəsinə Vüqar Həşimov Şahmat Akademiyasını yaratmışdı.

Xatırladaq ki, ötən il dekabrın 5-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə Vüqar Həşimovun atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun xəsarət almış və Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı
Mərhum şahmatçımız Vüqar Həşimovun valideynlərinin evində partlayış olub - FOTO
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu - FOTO
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər