Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu -FOTO
Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.
Sportfm.az xəbər verir ki, nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin nailiyyətlərinin sərgiləndiyi şahmat muzeyinə baxıb.
Daha sonra Qayıbov Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib, akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.
Sonda nazir 17 - 24 sentyabrda Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qeydiyyata aldığı ilk Azərbaycan Şahmat Akademiyasıdır.
Oxşar xəbərlər
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası