reklam
Çempionlar Liqasına düşsələr,
Sportfm.az xəbər saytı

Çempionlar Liqasına düşsələr, "Qarabağ"a pul ödəyəcəklər


"Qarabağ" la "Sevilya" arasında gedən danışıqlarda tərəflərin müzakirə etdiyi bir detal da ortaya çıxıb.

Sportfm.az xəbər verir ki, bu barədə İspaniyanın "Relovo" nəşri məlumat yayıb.

Qeyd edilib ki, braziliyalı hücumçu Juninyonun ispan klubuna tranfseri ilə bağlı danışıqlar müsbət yekunlaşmaq üzrədir. "Sevilya"nın tezliklə 28 yaşlı hücumçunu heyətinə cəlb edəcəyi gözlənilir.

Çempionlar Liqasına vəsiqə qazansalar, "Qarabağ"a pul ödəyəcəklər...

Daha öncə belə bir xəbər yayılmışdı ki, İspaniya klubu "Qarabağ"a 4 milyon avro + 1 milyon avro bonus ödəyəcək.

"Relovo" isə iddia edib ki, bu məbləğdən 1 milyon avronu "Sevilya" deyil, Juninyo özü İspaniya klubunda oynamaq üçün "Qarabağ"a ödəyəcək.

Bundan başqa, "Sevilya" Juninyonu başqa bir kluba satarsa, bu halda həmin transferdən əldə edəcəyi gəlirin 20 faizini Ağdam klubuna ödəyəcək.

Lakin bu da son deyil.

Əgər "Sevilya" Çempionlar Liqasına vəsiqə qazanarsa, bu halda hər dəfə Ağdam klubuna daha 250 min avro ödəyəcək. Bu, Juninyonun müqaviləsinin qüvvədə olduğu dövrü əhatə edəcək.

Juninyonun "Sevilya" ilə 3 illik müqavilə bağlayacağı gözlənilir.

Oxşar xəbərlər

"Sevilya" "Qarabağ"a əlavə 250 min avro ödəyəcək - Detallar açıqlandı
“Qarabağ” Juninyonu satmağa razılaşdı - KİV
Juninyo "Valensiya" ilə oyunda debüt edə bilər - GETDİ
"Juninyonun xoşbəxt olduğu yerdə oynamasını istəyirik" - Emrah Çelikel
"Sevilya" “Qarabağ”ın Juninyosunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər