Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” Juninyonu satmağa razılaşdı -KİV
“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya” klubuna keçidi yekunlaşmaq üzrədir.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı forvardı satmağa razı olub. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Sevilya”nın “Qarabağ”a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı futbolçu La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
“Qarabağ” Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın “Şaveş” klubundan transfer edib. O, bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
Juninyo "Valensiya" ilə oyunda debüt edə bilər - GETDİ
Türkiyə klubuna 25 milyon avro qazandıracaq
"Çelsi"dən rekord müqavilə - RƏSMİ
"Qarabağ"da braziliyalı futbolçu
Portuqaliya klubunun futbolçusu “Qarabağ”da - Anlaşma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası