reklam
Sportfm.az xəbər saytı

"Sevilya" "Qarabağ"a əlavə 250 min avro ödəyəcək -Detallar açıqlandı


"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmağa yaxın olan İspaniyanın "Sevilya" klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

İspaniya klubu qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. Bundan əlavə, "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya başa gələcəyi gözlənilir.

Bu həftə İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə "2+1 illik" müqavilə imzalayacaq.

Oxşar xəbərlər

“Qarabağ” Juninyonu satmağa razılaşdı - KİV
"Sevilya" “Qarabağ”ın Juninyosunu istəyir
UEFA “Qarabağ”a ödəniş edi - 1 milyon 700 min
“İnter”dən yeni transfer
"Sevilya"dan rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər