Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Hollandiya klubunu məğlub etdi
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama matçını keçirib.
Sportfm.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri hazırlıq çərçivəsində Hollandiya "Utrext"i ilə görüşüb.
Bu matç təmsilçimizin Avstriyada son oyunu olub. Bunadək 7 matçda qüvvəsini sınayan "qırmızı-qaralar" 8-ci qarşılaşmasına çıxıb.
Görüş təmsilçimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu yeni transfer Kone vurub.
Qeyd edək ki, "Qəbələ" bunadək yerli "Fulpmes" (8:0), Rusiya "Axmat"ı (0:1), Avstriya "Vakker"ı (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və "Lüdoqorets" (0:2), Avstriya "Qrodiq"i (7:0) və Ukrayna "Dinamo"su (1:2) ilə qarşılaşıb.
Yoxlama oyunu
8 iyul
"Qəbələ" (Azərbaycan) - "Utrext" (Hollandiya) - 1:0
Qol: Kone, 64
Oxşar xəbərlər
"Qəbələ" Rusiya klubu ilə bərabərə qaldı - Toplanış
"Qəbələ" yenə məğlub oldu
"Dinamo" "Qarabağ"dan güclü oldu
"Qəbələ" üçün daha üç rəqib
U-16-dan böyükhesablı səfər qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası