reklam
U-16-dan böyükhesablı səfər qələbəsi
Sportfm.az xəbər saytı

U-16-dan böyükhesablı səfər qələbəsi


"Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.
 
Sportfm.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən "Qəbələ" təmsilçiləri son bir həftədə 5 qarşılaşmaya çıxıb. 4 matçda qələbə qazanan komanda yalnız bir heç-heçə edib. 
U-19 evdə "İnter”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 18 oyundan sonra hesabında 41 xal olan "qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
U-17 də "İnter”lə üz-üzə gəlib. "Qəbələ" 2 cavabsız qolla qələbə qazanıb. 15 matçda 38 xal toplayan "Qəbələ” 2-ci pillədə yer alıb.
"Turan”ın qonağı olan U-16 isə səfərdən böyükhesablı qələbə ilə qayıdıb – 6:1. Bunadək "Ağsu”nu 8 cavabsız qolla məğlub edən "qırmızı-qaralar” 14 oyunda 28 xal toplayaraq 3-cü pillədədir. 
U-15 öz meydanında "Kəpəz”lə görüşüb. "Qəbələ" 3 xalı 3 qolla qazanıb – 3:1. 14 matçda 40 xal toplayan "Qəbələ” yarışın vahid lideridir.

Oxşar xəbərlər

"Qəbələ"dən 5 cavabsız qol
Qəbələli qızlar liderliyini davam etdirir
"Kəpəz" Gəncədə darmadağın oldu
"Qəbələ" ili qələbəylə başladı
U-17-dən 9 cavabsız qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər