reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"dən antirekord


"Kəpəz" Azərbaycan çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.

Sportfm.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin "Zirə"yə Misli Premyer Liqasının XVI turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.

Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

Oxşar xəbərlər

Son 8 mövsümün antirekordu qeydə alındı
Bu oğlan Azərbaycan çempionatında mövsümün rekorduna imza atdı - FOTO
“Qarabağ” tarix yazdı
“Qarabağ” hamını arxada qoydu - son 25 ilin rekordu
"Neftçi" tarixində yeni antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər