Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" tarixində yeni antirekord
"Neftçi” tarixinin yeni antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, "ağ-qaralar” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 5 dəfə məğlub olub. Bakılılar bu antirekordu Topaz Premyer Liqasının VI turunun "Sumqayıt”la oyununda 1:2 hesabı ilə uduzmaqla rəsmiləşdirib. II turda "Zirə”yə 0:1, III turda "Qarabağ”a 0:3, IV turda "Qəbələ”yə 0:8, V turda isə "İnter”ə 1:2 hesabı ilə uduzan "Neftçi” məğlubiyyət sayında antirekordu yeniləmişdi. Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında "ağ-qaralar” daha 4 dəfə 3 oyunluq "qara zolağ”a düşmüşdü. Lakin bu dəfə "Neftçi” "3” və "4”lə kifayətlənməyərək, ardıcıl 5-ci oyunda da xala həsrət qalıb.
Bununla da paytaxt təmsilçisi ötən tur yenilədiyi antirekordu 5-ə çatdırıb. Buna qədər isə ardıcıl uğursuzluq 2009, 2012, 2015 və 2016-cı illərdəki 3 oyunluq seriya idi. Qeyd edək ki, "ağ-qaralar”ın uduzmadığı son oyun I turun AZAL-la matçı olub. Avqustun 6-dakı 2:0 hesablı qələbədən sonra bakılılar 52 gündü xala həsrətdi.
Oxşar xəbərlər
"Neftçi"nin tarixində bir ilk
"Neftçi" antirekorda doğru - Uğursuzluq
“Neftçi” 197 günlük həsrətə son qoydu
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
Bezotosnıdan yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası