reklam
Bu oğlan Azərbaycan çempionatında mövsümün rekorduna imza atdı -
Sportfm.az xəbər saytı

Bu oğlan Azərbaycan çempionatında mövsümün rekorduna imza atdı -FOTO


Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Sportfm.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.

O, 2-ci Liqanın 25-ci turunda, “Kürmük Qax”la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.

Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra – 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

“Füzuli” – “Kürmük Qax” qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Son 7 mövsümün rekordu təkrarlandı - 1-ci liqada
“Qarabağ” tarix yazdı
11 mövsümün rekordu qeydə alındı - Azərbaycan Kuboku
Son 7 mövsümün rekordu qeydə alındı - Azərbaycan futbolu
Mövsümün yeni rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər