Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin futbolçusu 22 yaşında vəfat etdi
Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo 22 yaşında vəfat edib.
Sportfm.az xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.
Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.
Anqulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.
Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.

Oxşar xəbərlər
Millinin bombardiri vəfat etdi - 41 yaşında
"Atletiko"nun sabiq futbolçusu vəfat etdi
Frans Bekkenbauer vəfat etdi - 78 yaşında
Millinin keçmiş futbolçusu dünyasını dəyişdi
"Barselona"nın sabiq futbolçusu vəfat etdi - 27 yaşında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası