Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşhur gimnast Bakıda "ustad dərsləri" keçəcək
Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Bakıda "ustad dərsləri" keçəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbir dekabrın 6-da Milli Gimnastika Arenasında, bir gün sonra isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində gerçəkləşəcək. İlk olaraq klublar, ardınca isə Azərbaycan millisi üçün "ustad dərsləri" təşkil olunacaq.
İntensiv proqram zamanı iştirakçılar Əhməd Öndərin məşq metodikası, texnikası və dünya səviyyəsindəki təcrübələrindən faydalanacaq.
"Ustad dərsləri" həm gimnastlar, həm də bu sahəyə yeni başlayanlar üçün nəzərdə tutulub.

Oxşar xəbərlər
Sabunçuda "ustad dərsi" təşkil olundu
Dünya çempionatının səfiri azərbaycanlı gimnastlara dərs keçdi - FOTO
Qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
İkiqat dünya çempionu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası