reklam
Dünya çempionatının səfiri azərbaycanlı gimnastlara dərs keçdi -
Sportfm.az xəbər saytı

Dünya çempionatının səfiri azərbaycanlı gimnastlara dərs keçdi -FOTO


Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda dünya çempionatının səfiri Yana Batırşina gimnastikasevərlər üçün açıq ustad dərsi keçirib.

Sportfm.az xəbər verir ki, Rusiyanın Əməkdar idman ustasının Bakıdakı Milli Gimnastika Arenasında görünməsi yerli idmansevərləri sevindirib. Valideynləri ilə birlikdə dayanmış 20-dən çox gələcək gimnast səbirsizliklə qonağın gəlişini gözləyib.

Y.Batırşina ustad dərsinin əvvəlində gənc gimnastlarla birlikdə isinmə hərəkətləri edib. İştirakçılardan hər biri top, halqa və lentdən istifadə vərdişlərini nümayiş etdirib. Dəfələrlə dünya çempionu gənc gimnastlara məşhur “Batırşina hoppanması”nı nümayiş etdirib. Bu uşaqların böyük potensialı olduğunu vurğulayan qonaq əmin olduğunu bildirib ki, qarşıda onları parlaq gələcək gözləyir.

Sonda Batırşina ustad dərsinin hər bir iştirakçısı, habelə onların valideynləri ilə şelfi çəkdirib.

Oxşar xəbərlər

Olimpiya mükafatçısının geyimi 100 manata satıldı
37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür
Dünya çempionatının səfiri əqli imkanları məhdud uşaqlarla görüşdü - FOTO
Timur Vaynşteynin həyat yoldaşı Bakıda keçiriləcək dünya çempionatının səfiri seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər