reklam
Bakıda icüdo üzrə beynəlxalq tibbi seminar keçirilir
Sportfm.az xəbər saytı

Bakıda icüdo üzrə beynəlxalq tibbi seminar keçirilir


Bakıda Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının beynəlxalq tibbi seminarı keçirilir.
Sportfm.az xəbər verir ki, Avropa Cüdo Birliyinin Tibbi Komissiyasının sədri Envik Qalea Bakıda beynəlxalq idman seminarının təşkilinin Azərbaycanda bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Rəsmi çıxışlardan sonra seminar öz işinə başlayıb. Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşıblar. Tədbirdə bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunub, iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası (ACF) ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir. Tədbir oktyabrın 19-na kimi davam edəcək.

Oxşar xəbərlər

Bakıda BCF Akademiyasının seminarına start verildi
Cüdo məşqçilərinə seminar keçirildi - Kata üzrə
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
Hakimlər və məşqçilər üçün seminar keçirilib - VİDEO
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər