Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" ilə oyuna görə, bir gün əlavə işləyəcək!
Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Differdanj" Bakıya gəlir.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, komanda bu gecə paytaxtımızda olacaq.
"Cırtdan ölkə" təmsilçisi ölkəmizə heyətdəki itkilərlə gəlib. Belə ki, ötən mövsümdən qalan qırmızı vərəqə cəzası olan Tom Sibanelera və zədəli Qonçalo Almeyda "Zirə" ilə matçda meydana çıxa bilməyəcək. Rəqib Pedro Ribeyronun xidmətindən də məhrumdur. Futbolçu hələ hazır vəziyyətdə deyil.
Maraqlıdır ki, "Differdanj"ın 3 futbolçusu - Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri Bakıya gələ bilmək üçün əsl iş yerlərindən çətinliklə icazə ala biliblər. Hətta Bastos oyun gününə qarşılıq şənbə günü işə çıxmağı da qəbul edib.
Qeyd edək ki, "Zirə" - "Differdanj" matçı iyunun 29-da saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
"Differdanj" - "Zirə" - YENİLƏNİR
"Zirə"nin cavab matçı canlı yayımda - SÜRPRİZ
"Zirə"nin oyunu canlı yayımlanmayacaq
"Zirə"nin debüt matçı canlı yayımlanacaq
"İlk matçın evdə olması bizim üçün üstünlükdür" - "Zirə"nin baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası