Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin oyunu canlı yayımlanmayacaq
Avropa Liqasının I təsnifat mərhələsində "Differdanj" - "Zirə" oyunu canlı yayımlanmayacaq.
Sportfm.az saytı xəbər verir ki, "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov bunu Sport24.az-a açıqlamasında deyib. Abbasov Lüksembuqrdakı matçın yayım edə bilməyəcəklərinin səbəbini açıqlayıb: "Zirə"nin səfər qarşılanması yayımlanmayacaq. Çünki orda heç bir telekanal oyunu çəkmir. Ona görə də biz matçı göstərə bilməyəcəyik".
"Zirə" evdə 2:0 hesabı ilə qalib gəldiyi "Differdanj"la cavab matçını iyulun 6-da Bakı vaxtilə saat 21:00-da keçirəcək.
Xatırladaq ki, "CBC Sport" "İnter"in Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la ötən həftə Serbiyada canlı yayımlanan matçının ölkəmizdə də birbaşa göstərilməsini təşkil edib. Bu telekanal "Zirə" ilə "İnter"in Avropa Liqasında ev oyunlarını canlı yayımlayır.
MEHMAN SÜLEYMANOV
Oxşar xəbərlər
"Zirə"nin cavab matçı canlı yayımda - SÜRPRİZ
"Zirə" və "İnter"in oyunları canlı yayımda
"Zirə"nin debüt matçı canlı yayımlanacaq
"Qəbələ" cavab matçını səfərdə keçirəcək
Azərbaycanın ən tarixi derbisi canlı yayımlanmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası